Ceyhun Bayramovun Mirzoyanla ikitərəfli görüşü başladı

 20:20 27.06.2023     387

Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tviterdə məlumat yayıb.

Qeyd edək ki, görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.

ABŞ dövlət katibi Entoni Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən