“ABŞ Azərbaycanla Ermənistan arasında sülhə kömək öhdəliyi götürüb” - Metyu Miller

 23:15 28.06.2023     319

ABŞ Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün tərəflərə kömək öhdəliyi götürür.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "Tviter" hesabında yazıb.

"Qarabağda insan tələfatından çox narahatıq. Son hadisələr hərbi əməliyyatlardan çəkinməyin və davamlı və ləyaqətli sülh axtarmağın zəruriliyini vurğulayır. Birləşmiş Ştatlar bu məqsədə çatmaqda tərəflərə kömək etmək öhdəliyi götürür”, - Miller qeyd edib.