“Azərbaycan və Ermənistan arasında danışıqlar konstruktiv keçib” - Dövlət Departamenti

 21:37 29.06.2023     357

Azərbaycan və Ermənistan arasında Vaşinqtonda baş tutan danışıqlar konstruktiv keçib.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət Katibi Antoni Blinken bu gün görüşün nəticələri ilə bağlı açıqlama verəcək:

“ABŞ Dövlət Katibi Antoni Blinken bu gün yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə təkbətək, sonra onların ikisi ilə birlikdə görüş keçirəcək. O, daha sonra görüşün nəticələri ilə bağlı da danışacaq” (report).