Blinken Ceyhun Bayramovla və Mirzoyanla ayrılıqda görüşdü
ABŞ Dövlət Katibi Antoni Blinkeni Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ayrı-ayrılıqda görüşləri başa çatıb.
Redaktor.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutan görüşlərdən sonra A.Blinken jurnalistlərə açıqlama verib.
Dövlət katibi hər iki ölkəyə sülh danışıqlarında göstərdiyi səylərə görə təşəkkür edib (report).