"Fransa kimi nəhəng bir dövlət, bambılı erməni dığasını özünə prezident seçib" - Deputat

 17:58 04.07.2023     536

"Bizim çox müdrik bir atalar sözümüz var. Deyir ki, “Nə əkərsən, onu da biçərsən”. Bir də deyir ki, “Gen qaz, dərin qaz özün düşəcəksən”. Fransanın son 250 illik tarixinə baxsaq, biz orda nə görürük? İşğallar, müstəmləkəçilik, müstəmləkə altında saxlanılan ölkələrin xalqlarına etdiyi zülm və sair. Bu gün özünə qayıdır. İğtişaşlarda iştirak edənlərin mən deyərdim ki, 50 faizindən çoxu həmin o əvvəlki müstəmləkə dövlətlərindən olan insanlardır".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Elman Məmmədov son günlər Fransada baş verən iğtişaşlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, etirazçılar Fransadakı antidemokratik quruluşa qarşı, insan haqlarının pozulmasına qarşı səslərini ucaldırlar, etiraz edirlər:

"Onlar Fransaya dərs verirlər. Yəni Fransanın onlara etdiyi zülmü, hissə-hissə fransızlara başa salırlar. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi Fransa kimi nəhəng bir dövlət, axmaq, bambılı erməni dığasını özünə prezident seçib. Siyasətdən, dövlətçilikdən başı çıxmayan, Fransada olan erməni diasporunun, erməni maliyyəçilərinin, erməni biznesmenlərinin pulu ilə ortaya gəlib ölkəyə rəhbər olan birisinin Fransanı saldığı gün elə bu olmalıdır. İndi fransız xalqı, siyasətçiləri bundan nəticə çıxartmalıdırlar və Makronu yola salmalıdırlar. Təkcə yola salmaqla kifayətlənməməlidir. Mən hesab edirəm ki, Makronun prezidentlik dövrü vaxtından qabaq başa çatdırılmalıdır və onun prezidentlik dövründə fransız xalqına, fransız hökumətinə, Fransada yaşayan qeyri-fransızlara, qeyri-dindən olanlara qarşı elədiklərinə görə ona bir neçə maddə ilə cinayət işi qaldırılmalıdır və mühakimə olunmalıdır. Mütləq cəzalanmalıdır".

Həmidə İBRAHİMLİ