Putin Paşinyanla nəyi müzakirə edib?
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Dağlıq Qarabağ ətrafındakı vəziyyət, o cümlədən Laçın dəhlizi boyunca maneəsiz nəqliyyat əlaqələrinin təmin edilməsi məsələləri müzakirə edilib", - məlumatda deyilir.
Bundan əlavə, qeyd edilir ki, söhbət zamanı 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bütün sazişlər spektrinin ardıcıl həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb.
Putin Paşinyanla söhbətində Rusiya Federasiyasının Ermənistan-Azərbaycan sülh müqaviləsinin inkişafına yardım etməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
Turan İSMAYIL