XİN sözçüsü Ermənistana CAVAB VERDİ

 23:20 05.07.2023     360

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN-in sözçüsü Ani Badalyanın bəyanatına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, XİN sözçüsü "Twitter" paylaşımında deyib: “Görünür, Ermənistan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlarına həsəd aparır.

Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt beynəlxalq platformalardan sui-istifadə etməyib və həmişə beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının tərəfdarı olub”.