Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradıldı

 14:01 06.07.2023     235

Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair qərar qəbul edilib.

Redaktor.az xəbər verir ki, iyulun 6-da Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında hazırda mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar.

Sonda bəyanat qəbul edilib.

Bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər.