"Rusiya, Azərbaycan və Ermənistan arasında yeni üçtərəfli təmaslar mümkündür" - Zaxarova

 15:59 06.07.2023     252

"Rusiya sülhməramlılarının Qarabağdakı hərəkətləri yerlərdə vəziyyətin inkişafına uyğun olacaq və təbii ki, üç tərəf arasında əldə olunmuş razılaşmalara uyğun olacaq”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, əlavə edib ki, nizamlanma ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında yeni üçtərəfli təmaslar mümkündür, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev tezliklə regiona səfər edəcək.

"Rusiya tərəfi tərəflərin yanaşmalarını yaxınlaşdırmaq üçün səylərini davam etdirəcək. Yaxın gələcəkdə, xüsusən də nazirin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etmək üzrə xüsusi nümayəndəsi İqor Xovayevin regiona səfəri də nəzərdə tutulub. Üçtərəfli görüşlər də mümkündür”, - diplomat bildirib. "Belə bir məlumat ortaya çıxsa, biz mütləq xəbər verəcəyik" - o, deyib.

Zaxarovanın sözlərinə görə, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması ilə bağlı ABŞ-da aparılan danışıqlarda əldə olunan irəliləyişi alqışlayır. "Biz bu istiqamətdə atılan bütün müsbət addımları alqışlayırıq", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib.

Turan İSMAYIL