BƏM-in Ermənistanın Laçın yolu ilə bağlı vəsatətini rədd etməsini alqışlayırıq - XİN

 15:39 07.07.2023     397

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın yolu ilə bağlı vəsatətini rədd etməsini alqışlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov Tvitter paylaşımında qeyd edib.

"Azərbaycan bu gün Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın məhkəmənin 22 fevral 2022-ci il tarixli qərara düzəliş edilməsi ilə bağlı vəsatətini haqlı olaraq rədd etməsini alqışlayır. Bu məhkəmə tərəfindən yekdil qərar idi", - Elnur Məmmədov qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən