Albaniya Prezidenti Şəhidlər xiyabanında

 17:54 07.07.2023     211

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 7-də Şəhidlər xiyabanını ziyarət edib.

Redaktor.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Şəhidlərin əziz xatirəsini ehtiramla yad edən Prezident Bayram Beqay “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Albaniya Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.