Sarqsyan Paşinyanı hədələdi: "Ermənistanda daxili proseslər olacaq"

 18:43 07.07.2023     278

"Ermənistanda daxili proseslər gözlənilir, onlar qaçılmazdır".

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan jurnalistlərə bildirib.

O, dövlət başçısını Qarabağ danışıqları prosesi ilə bağlı yalan xəbərlər yaymaqda ittiham edib, Baş nazir Nikol Paşinyanın sələflərinə qarşı ittihamlarını manipulyasiya adlandırıb.

Lakin Sarqsyan deyib ki, bu yalana və manipulyasiyaya tezliklə son qoyulacaq. Jurnalistin hansısa daxili proseslərə eyham vurması ilə bağlı aydınlaşdırıcı sualına Sarkisyan müsbət cavab verib.

"Təbii ki, daxili proseslər olacaq. Onlar yox ola bilməz".

Bununla yanaşı, Sarqsyan hakimiyyətin sələflərinə qarşı ittihamlarını ciddi qəbul etməyi yersiz hesab edib.

Qeyd edək ki, Paşinyan dəfələrlə keçmiş hakimiyyətin danışıqları dalana apardığını, Azərbaycana müharibəyə daha yaxşı hazırlaşmaq imkanı verdiyini, Madrid prinsipləri ilə bağlı əsarətdə danışıqlara razılaşdığını bildirib.

Turan İSMAYIL