"İlham Əliyevin Qoşulmama Hərəkatındakı hər bir cümləsi strategiyadır, bir yol xəritəsidir" - Deputat

 13:38 08.07.2023     571

"Ermənistanın həm hakimiyyətində, həm Ermənistan parlamentində, həm də cəmiyyətində Azərbaycan xalqının qazandığı bu möhtəşəm zəfəri, qələbəni qəbul etməyən qüvvələr var. Hələ də o revanşist qüvvələr elə düşünürlər ki, bir fürsət tapacaqlar, hansısa yolla yenidən işğal etdikləri torpaqlara qayıdacaqlar. Anlamırlar ki, Qarabağ torpaqları Azərbaycan xalqının, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərdir".

Bu sözləri Redaktor.az-a millət vəikili Məlahət İbrahimqızı Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı vəsatətini rədd etməsi barədə qərarından danışarkən bildirdi.

O, qeyd etdi ki, Qarabağ Azərbaycan ərazisinin bir parçası kimi beynəlxalq təşkilatlarda tanınır və ermənilərin işğalçılığını BMT-nin Təhlükəsizlik Şurası dörd qətnaməsi ilə təsdiq edib.

"İndi isə Beynəlxalq Ədalət Məhkəməsi cavablarını verdi ki, Laçın yoluna nəzarət Azərbaycanda olmalıdır. Əlbəttə, indi Ermənistanın İrana gedən yollarına kim nəzarət edir, Ermənistan nəzarət edir, Ermənistanın Gürcüstana gedən sərhəd qapılarına kim nəzarət edir, ona da Ermənistan. İndi istəyirlər ki, Laçın yoluna da nəzarət etsinlər. Beyinlərində ancaq qərəzli düşmənçilik var. Yəni bunlar genetik olaraq beyinləri zəhərlənmiş bir xalqdır. Ona görə asanlıqla sakit duracaqlarını ümid etmirəm. Yenə deyirəm, Azərbaycan güclü dövlətdir, Azərbaycan dövlətinin güclü lideri var, onun xarici siyasəti, bu gün beynəlxalq diplomatik mərkəzlərdə, institutlarda, araşdırılır, öyrənilir. Bakıda keçirilən Qoşulmama Hərəkatında cənab prezidentin hər bir cümləsi isə strategiyadır, bir yol xəritəsidir. Beynəlxalq Ədələt Məhkəməsinin bu qərarı da Azərbaycanın, onun uzaqgörən liderinin qələbəsidir”, - deyə M.İbrahimqızı vurğuladı.

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğuna və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair tələbi ilə bağlı 12 may 2023-cü il tarixli vəsatəti rədd edilib.

Humay İSGƏNDƏRLİ