Prezident Ceyhun Bayramova rütbə verdi

 13:57 08.07.2023     389

Xarici işlər naziri Ceyhun Bayramova fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Eyni zamanda xarici işlər nazirinin müavinləri Elnur Məmmədov və Fariz Rzayevə də fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.