Rusiya və Ermənistan rəsmiləri Laçın yolu ətrafında vəziyyəti müzakirə edib

 14:28 08.07.2023     446

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorkyanla müzakirələr aparıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin son görüşün yekunlarına görə şənbə günü dərc olunmuş məlumatında deyilir.

"Laçın dəhlizində və bütövlükdə Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzərində işlərin gedişi təhlil edilib. 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusuna uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin zəruriliyi qeyd edilib" - deyə nazirliyin məlumatında bildirilib.

Bundan əlavə, Qaluzin və Gevorkyan ikitərəfli əməkdaşlığın əsas aspektlərini, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Rusiya və Ermənistanın ümumi inteqrasiya birliklərində - MDB, Aİİ və KTMT-də əməkdaşlıq məsələlərinə də toxunulub.

Xatırladaq ki, iyunun 5-də Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığında da Laçın dəhlizi və Qarabağ mövzusuna toxunub.

Turan İSMAYIL