Ermənistanla münasibətlərin normallaşması üçün intensiv işlər gedir - Ceyhun Bayramov

 12:07 09.07.2023     277

"Son aylar ərzində Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlər gedir".

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu müddət ərzində liderlər səviyyəsində bir neçə dəfə görüş olub: "Eyni zamanda xarici işlər nazirləri səviyyəsində intensiv təmaslar olub".

"Kommunikasiyaların açılması istiqamətində danışıqlar gedir", - nazir vurğulayıb.