Hikmət Hacıyev Türkiyə səfiri ilə Şuşa bəyannaməsini müzakirə etdi
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Cahit Bağçı özünün tviter hesabında paylaşım edib.
Səfir görüş zamanı Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində əlaqələrin inkişafından və regional məsələlərdən danışdıqlarını qeyd edib.
Azercan Cumhurbaşkanı Yardımcısı sayın @HikmetHajiyev ile #ŞuşaBeyannamesi hedefleri çerçevesinde ilişkilerinin geliştirilmesi ve bölgesel meseleleri konuştuk. #BirliğimizGücümüzdür pic.twitter.com/aFGYVPfIYo
— Cahit Bağcı (@cahitbagci) July 10, 2023