Qərb Ərdoğana HƏ dedi: Tələ, gizli razılaşma, yoxsa kişi sözü?

 15:20 11.07.2023     435

Artıq bir neçə gündür ki, qardaş Türkiyə ilə Qərb dünyası arasında görünməmiş siyasi dialoq yaranıb. Uzun müddətdir ki, ayrı-ayrı mövqelərdən çıxış edən bu iki siyasi qütb, NATO-nun Vilnüs Sammiti ərəfəsində əməllicə mövqe yaxınlığı göstərməyə başlayıblar. Hər şey Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın NATO zirvəsinə yola düşməzdən əvvəl hava limanında verdiyi bəyanatla başladı. Gündəlikdə İsveçin NATO-ya üzvlüyü üçün Türkiyənin razılığı məsələsi var. İsveçin NAO üzvlüyü elə kiritik hal alıb ki, artıq bütün Qərb dünyası bütün siyasi və iqtisadi resurslarını bu məsələnin tezliklə öz həllini tapmasına yönəldiblər. Bu məsələdə kilid açar isə heç şübhəsiz ki, qardaş Türkiyədir. Qərb israrlıdır: İsveç NATO-ya daxil olmalıdır. Ərdoğan da buna qarşılıq terror təşkilatlarına qərb dəstəyinin dayandırılmasını, İsveçin PKK terrorçularına qucaq açmaq siyasətinə son verməyi, ən əsas da rəsmi Ankaranın Avropa İttifaqına üzvıük məsələsini həll etməyi əsas şərt kimi ortaya qoyub.

Bəli, İsveçin alyansa üzv olması üçün Türkiyənin razılıq verməsi barədə başlanan proseslər getdikcə böyük prosesə çevrilir. Artıq Türkiyə liderinin İsveçin alyansa üzvlüyü üçün məsələni Türkiyə parlamentində gündəliyə çıxarılacağı barədə razılıq verdiyi də açıqlanıb. Ərdoğan nəyin müqabilində İsveçə yaşıl işıq yandırdı? – bu əlbəttdə siyasi sirddir. Amma nəticələri gec tez ortaya çıxacaq əlbəttdə. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın “Öncə Türkiyənin Avropa Birliyinə üzvlüyü üçün addım ataq, daha sonra İsveçin NATO-ya daxil olması üçün lazım olanı edərik” deməsi dünya mediasında da ajiotaj yaradıb. Ən maraqlısı idur ki, artıq dünyanın aparıcı ölkələri bu məsələdə R.T.Ərdoğanı dəstəkləyən bəyanatlar səsləndirməyə başlayıblar. NATO-nun baş katibi Stoltenberq Türkiyə liderinin bəyanatını dəstəklədiyini, Türkiyənin AB-nə üzv olmasının önəmini qeyd edib. Ağ Ev də rəsmi Ankaranın istəyini dəstəkləyəcəklərini elan edib. Amma bir məsələni də vurğulayıb ki, ABŞ F-16 məsələsində Türkiyəyə kömək edəcək. Avropa Birliyi məsələsi isə, mədəni şəkildə desək, “onluq deyil”. ABŞ-ın bu mövqeyini yadımızda saxlayaq, çünki yazının gedişində bu məsələyə qayıdacayıq.

Beləliklə, hazırkı NATO sammitinin daha ciddi və tarixi qərarlara şahid olacağı qaçılmazdır. Amma dəhşət dərəcədə MARAQLIDIR: 50 ildən çoxdur Türkiyəni qapısında gözlədən, bezdirən, heç üzvlük üçün namizəd statusunu verməyən, daima rəsmi Ankaranı kağız üzərində müttəfiq sayıb amma heç zaman Avropa qitəsinə şamil etməyən Qərb indi niyə əl-ayağa düşüb ki?. İsveçə görəmi?- qətiyyən!. İsveç sadəcə bir bəhanədir. Avropa Birliyini az qala bir əsrə yaxındır ki, əsl XRİSTİAN KLUBUNA çevirən Qərb siyasətçiləri üçün Rusiya ilə kiritik qarşıdurma, hətta deyərdim həlledici müharibə öncəsi həm Türkiyənin dəstəyi hava və su qədər önəmlidir, həm də NATO sərhədlərinin Moskvanın “burnunun dibinə kimi” gətirilməsi. İsveç Rusiya ilə sərhəddir. Heç zaman heç bir hərbi bloka qoşulmayan skandinaviya ölkələrinin NATO-nun qucağına atılması birbaşa ABŞ-ın, daha dəqiq desək Co Baydenin ideyasıdır və Ukrayna da məhz C.Baydenin bu siyasi hikkəsi üzündən bu gün Ukrayna on dənə Suriyadan daha betər günə düsüb. Ötən əsrin 70-ci illərində Sovet İttifaqına gələn, Leonid Brejnev və Andrey Qromıko ilə görüşən nisbətən gənc senator C.Bayden elə o vaxtdan Qərbin Rusiya ilə sərhəd xəttini beynində cızıb bir kənara atmışdı. əvvəlcə Gürcüstanı seçmiçdi, sonra Gürcüstan variantı alınmadı, hakimiyyətə Vladimir Putinin “adamı” İvanaşvili gətirildi, Tbilisi bu məsələdə C.Baydenin işinə yaramadı.

Üstəlik bir vaxtlar demokratiya, qanun çarçısı kimi ad çıxaran, “Qərbin adamı” olaraq qəbul edilən Mixail Saakaşvili işlədilib atılan əski parçası kimi V.Putinin qəfəsinə peşkeş edildi, İvanaşvili onu həbsxanaya atdı, indi həbsxnada təhqir olunur, ələ salınır, döyülür və demək olar ki son günlərini yaşayır.

Ona görə də C.Bayden administrasiyası on minlərlə insanın qanı hesabına da olsa Rusiya ilə sərhədləri Ukraynadan keçirmək istəyir və bitmək bilməyən bu qanlı ssenari də o beynin “məhsuludur”. O başqa məsələ ki, Boris Yeltsin kimi V.Putin də MDB üzərində bütün “ipləri boş buraxdı” və nəticəsi də budur. Hə, o başqa məsələ ki, son günlər həqiqi V.Putinin həyatda olub-olmaması sorğu sual olunur, onun oxşarları ilə “yaşadığı” deyilir və sairə...

Türkiyə liderinin Qərblə razılaşması ən çox Rusiya rəhbərliyini narahat edir. Bu vaxta qədər güclü ölkələrdən yalnız Türkiyə ilə haqq-salamı olan rəsmi Moskva, R.T.Ərdoğanın Qərblə anlaşmasından sonra tamamilə təklənəcəyindən bərk qorxur. Qərb koalisiyası Ərdoğana təkcə İsveçin terror təşkilatlarına dəstək verməyəcəyinimi, rəsmi Ankaranın Avropa Birliyinə daxil olmasına “yaşıl işıq” yandıracağınımı söz verib?. Təkcə bunlarmı?, yoxsa R.T.Ərdoğanın öz siyasi maraqları və toxunulmazlığı barədə də razılaşma var?-cavabı çətin suallardır. Və.. gələk yuxarıdakı ABŞ əmmasına. Rəsmi Vaşinqton deyir ki, “biz yalnız F-16 məsələsində Türkiyəyə dəstək olacayıq. Avropa Birliyi məsələsi bizlik deyil.”.

Düzdür artıq dünən Ağ Ev bəyan etdi ki, Bayden Administrasiyası F-16-ların Türkiyəyə verilməsi üçün bütün imkanları ilə dəstək göstərəcək. Konqres də daxil olmaqla. Amma... amma AB məsələsi guya bunlarlıq deyil. Bəs kimlikdir ki?. Guya dünyada bilməyən qalıbmı ki, Avropa İttifaqı ABŞ-ın dirijorluğu olmadan ağzından bir kəlmə də çıxara bilmir?. Ən yaxşısını Donald Tramp edirdi. Dəlisov kişi idi, Avropa Birliyi liderlərini əməlli-başlı ələ salır, onlarla məzələnirdi. Bununla da Qərbdə kimin SÖZ SAHİBİ olduğunu hamıya göstərirdi. Mus-mus, MUSTAFA: Bəs ABŞ başda olmaqla Qərb dövlətləri bu kiritik məqamda Ərdoğanla necə razılaşdı?. Tələdir, gizli razılaşmadır yoxsa Qərbə xas olmayan KİŞİ SÖZÜ?. Detallar qaranlıqdır, nəticələri isə zaman göstərəcək. Gec ya tez..

Mətləb Salahov