"Ukrayna müharibəni uğurla başa çatdırandan sonra NATO-ya qəbul olunacaq" - Politoloq

 18:06 11.07.2023     300

Litvanın NATO-dakı səfiri Deyvidas Matulionis yerli LRT milli radiosunun efirində bildirmişdi ki, alyansda hamı Ukraynanın NATO-ya qəbul edilməsi ilə razıdır.

Bəs, maraqlıdır, bu qədər dəstək varkən Ukrayna NATO-ya daxil ola bilərmi?

Məsələ ilə bağlı politoloq Əli Mustafa Redaktor.az-a danışdı.

Politoloqun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olacağını düşünmür.

Burada söhbət Ukrayna ilə NATO arasında hansısa bir müqavilənin imzalanmasından, güclü qurumun yaranmasından gedir. Yəni əslində belə bir qayda var ki, müharibə aparan, konfliktdə olan, münaqişəli hesab olunan dövlətləri NATO-ya qəbul etmirlər. Həm də başqa tələblər var. Amma Ukraynanın vəziyyəti fərqlidir. Ona görə ola bilsin ki, NATO ilə Ukrayna arasında hansısa bir fərqli bir müqavilə bağlansın. NATO-nun Ukrayna üçün hansısa özəl status müəyyən etməsi mümkündür. Amma bütün hallarda düşünürəm ki, Ukrayna müharibəni uğurla başa çatdırandan sonra NATO üzvlüyünə qəbul olunacaq. NATO belə münaqişəli dövlətlə anlaşırsa, onu üzvlüyə qəbul edirsə, onun münaqişəsinə də sahiblik edir. İndi zatən Ukrayna vuruşur, bunu nəzərə alıb müstəsna qaydada Ukrayna üçün ayrıcalıq tanıya bilərlər. Amma mənə elə gəlir ki, mümkündür ki, hələlik bir keçid dövrü üçün hansısa bir fərqli bir status verilsin. Yəqin ki, müharibəni bitirəndən sonra alyansa daxil olması məsələsi reallaşacaq”,-deyə politoloq vurğuladı.

Humay İSGƏNDƏRLİ