Rusiyadan Əliyevlə Paşinyan arasında keçiriləcək görüşə REAKSİYA

 16:17 13.07.2023     818

Moskva Bakı və İrəvan arasında sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "news.ru"ya açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə iyulun 15-nə planlaşdırılan görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, hər hansı bir nəticə çıxarmaq hələ tezdir:

"Biz davamlı sülhə nail olmağa aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyirik. Ona görə də nəticələrdən nəticə çıxarmaq lazımdır".

Xatırladaq ki, ötən gün Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla Ermənistan və Azərbaycanla sülhün təmin edilməsi istiqamətində telefonla danışıb.

Bu gün isə Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını müzakirə edib. Politoloqların fikrincə, ABŞ dövlət katibin hər iki ölkə liderinə zəngi Brüssel görüşündə danışıqlara hazırlıq məqsədi daşıyır.

Turan İSMAYIL