İsrail müadafiə nazirinin Azərbaycana səfəri başa çatdı

 22:03 13.07.2023     293

Azərbaycanın paytaxtı Bakıda keçirilən bir neçə mühüm görüşdən sonra uğurlu gün başa çatdı.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant tviter səhifəsində paylaşım edib.

"Prezident, müdafiə naziri və sərhəd xidmətinin rəisi ilə görüşlərimdə biz ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusən də təhlükəsizlik sahəsində əlaqələrin möhkəmləndirilməsinə dair ümumi istəyimizi müzakirə etdik. Biz birlikdə ölkələrimizin təhlükəsizliyi və regional sabitlik naminə əməkdaşlığımızı və isti münasibətlərimiz gücləndirməyə davam edəcəyik", - deyə nazir bildirib.