İsrail İranın 50-dən çox terror hücumunun qarşısını aldığını açıqladı

 23:46 13.07.2023     355

İsrail son illərdə bütün dünyada israillilərə qarşı İranın iştirakı ilə hazırlanmış 50-dən çox terror aktının qarşısını alıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu sözləri İsrail Dövlətinin müdafiə naziri Yoav Qalant Azərbaycana səfəri zamanı İsrail mediası üçün keçirdiyi mətbuat konfransında deyib.

"Son illərdə İran bütün dünyada israillilərə və yəhudilərə qarşı misli görünməmiş miqyasda dünya miqyasında terror kampaniyası aparır. Son illərdə 50-dən çox hücuma cəhd edilib. Onların əksəriyyətinin qarşısı İsrail tərəfindən son anda alınıb", - Qalant deyib.

"Bir çox ölkələrlə sıx əməkdaşlıq sayəsində və İranın qlobal təhlükə olduğunu başa düşmək sayəsində biz bu cəhdlərin qarşısını aldıq və insanların həyatını xilas etdik", - müdafiə naziri əlavə edib.

Turan İSMAYIL