Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri bu tarixdə görüşəcək

 11:09 14.07.2023     399

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

Redaktor.az bu barədə Avropa İttifaqı Şurasının Mətbuat xidmətinə istinadən xəbər verir.

Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşü yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) planlaşdırılır.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.