İlham Əliyev və Paşinyan yenidən GÖRÜŞƏCƏK

 20:37 15.07.2023     275

Azərbaycan və Ermənistan liderləri Brüsseldə daha bir görüş keçirilməsi barədə razılığa gəlib.

Redaktor.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.

O qeyd edib ki, görüş yaydan sonra keçiriləcək. Mişel bildirib ki, tərəflər oktyabrda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İspaniyanın Qranada şəhərində keçiriləcək görüşə paralel olaraq yaydan sonra Brüsseldə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

Liderlər arasında, həmçinin sülh sazişinin əldə edilməsi üçün danışıqların intensivləşdirilməsi, habelə sərhədlərin delimitasiyası və nəqliyyat dəhlizlərinin açılması üzrə işlərin aparılması barədə razılıq əldə olunub.