Ukrayna mətbuatı İlham Əliyevin sərəncamından YAZDI

 20:30 17.07.2023     453

Xəbər verdiyimiz kimi, Azərbaycan Ukraynaya humanitar yardım üçün 7 milyon dollardan çox vəsait ayırıb. Müvafiq sərəncamı ölkə prezidenti İlham Əliyev imzalayıb.

Redaktor.az xəbər verir ki, Ukrayna mətbuatı Azərbaycan liderinin bu ölkəyə dəstəyindən yazıb.

"RBC-Ukrayna" qeyd edib ki, Rusiya işğalının əvvəlindən Bakı Ukraynaya min tondan çox dərman, tibbi avadanlıq və ümumilikdə 17 milyon dollara yaxın humanitar yardım göstərib.

"Eyni zamanda, Azərbaycan Rusiyanın raket zərbələrindən sonra Ukraynanın enerji sisteminin bərpası çərçivəsində humanitar yardımda liderlərdən biridir.

Digər məsələlərlə yanaşı, Azərbaycan Ukraynaya 45 güc transformatoru və 50 generator da daxil olmaqla humanitar yardım köçürüb", - deyə nəşr qeyd edib.

Turan İSMAYIL