İraq Kürdüstanının rəhbəri Azərbaycana səfərə gələcək

 23:42 17.07.2023     258

İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani iyulun 18-də Azərbaycana səfərə gələcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb.

Səfər zamanı ikitərəfli əlaqlər müzakirə ediləcək. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il fevralın 18-də Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında baş tutan görüşdə Bərzanini Bakıya dəvət edib.