Zaxarovadan XİN başçılarının görüşü ilə bağlı açıqlama

 15:14 20.07.2023     253

“Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Azərbaycan - Ermənistan münasibətlərinin nizamlanması üzrə görüşünün təşkili ehtimalı çox yüksəkdir”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Mənə elə gəlir ki, şanslar çox yaxşıdır və indi belə bir görüşün hazırlanması ilə məşğul olan mütəxəssislərdən konkret tarixlərlə bağlı məlumat əldə etdikdən sonra mütləq sizinlə bölüşəcəyik”, - diplomat jurnalistlərə deyib.