“Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir” - Prezident

 16:00 21.07.2023     229

“Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir”.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Şuşa artıq bir neçə beynəlxalq tədbirin – “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin və digər tədbirlərin keçirildiyini vurğulayan dövlətimizin başçısı deyib ki, işğal dövründə məqsədli şəkildə dağıdılmasına baxmayaraq, bu şəhər öz kimliyini qoruya bilib.