Azərbaycan və Ermənistan XİN rəhbərləri Lavrovla görüşəcək

 18:22 21.07.2023     735

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Rusiyanın xarici işlər orqanlarının rəhbərləri Ceyhun Bayramov və Sergey Lavrovla görüşdə iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

"Nazir Mirzoyan Moskvaya görüşə gedəcək. Digər təfərrüatlar daha sonra veriləcək", - o bildirib.

Turan İSMAYIL