QDİƏT-in Avtomobil Daşıyıcıları Assosiasiyasının iclası keçiriləcək

 13:41 24.07.2023     486

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Avtomobil Daşıyıcıları Assosiasiyasının Baş Assambleyası oktyabrın 26-da Bakıda keçiriləcək.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun yarım illik hesabatına həsr edilmiş tədbirdə bildirib.

Onun sözlərinə görə, ABADA bu assosiasiyanın üzvüdür.

Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyasının Baş Assambleyasının bu ilin iyunun 9-da Gürcüstanın Batumi şəhərində 41-ci iclası keçirilib. Gürcüstan və Türkiyə orqanlarının vahid pəncərə tətbiqi kimi müasir gömrük asanlaşdırma prosedurlarını tətbiq etmə zərurəti, Türkiyə və Gürcüstan limanları arasında Ro-Pax xidmətlərini inkişaf etdirilməsi müzakirə edilib.