Azərbaycanla Çin arasında əməkdaşlıq daha da güclənir

 22:38 24.07.2023     398

Azərbaycan və Çinin iştirak etdiyi regional və beynəlxalq əməkdaşlıq daha da güclənir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında tərəflər arasında yüksək səviyyəli dialoq, strateji məsləhətləşmələr və praktiki əməkdaşlıq daha da səmərəli olacaq.

Redaktor.az xəbər verir ki, bu sözləri iyulun 24-də Çin Xalq Azadlıq Ordusunun yaranmasının 96-cı ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı Çinin Azərbaycandakı hərbi attaşesi Van Ley söyləyib.

“Daim dəyişən dünyada iki ölkənin silahlı qüvvələri arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsi köklü maraqlara cavab verir. Bu, eyni zamanda, xalqlarımıza fayda gətirir, həmçinin regionda və bütün planetdə sülhə, sabitliyə və firavanlığa töhfə verəcək”, - deyə o əlavə edib.