"Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması o zaman mümkündür ki..." - Paşinyandan AÇIQLAMA

 13:56 25.07.2023     537

"Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması o zaman mümkündür ki, tərəflər əhalinin həyatı üçün təhlükənin olmadığını qeyd etsinlər".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Rusiya sülhməramlılarının Qarabağa yeridilməsi konkret məqsədlə həyata keçirilib. Bu məqsəd Dövlət Dumasının müvafiq qərarında qeyd edilib ki, sülhməramlılar insanların kütləvi ölümünün qarşısını almaq üçün göndərilir. Əgər Rusiya sülhməramlılarını geri çəkmək qərarına gəlsə, bu, Dağlıq Qarabağda insanların həyatı üçün heç bir təhlükənin olmadığı anlamına gələcək" - o, deyib.

Turan İSMAYIL