"Ermənistan qarşıdurma şəraitində yaşamağa davam edərsə, dövlətçiliyini itirəcək"

 16:10 25.07.2023     299

Ermənistan uzun müddət qarşıdurma şəraitində yaşaya bilməz, çünki bu, dövlətçiliyin itirilməsinə gətirib çıxaracaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Ermənistan uzun müddət qarşıdurma şəraitində yaşaya bilməz. Biz elektrik enerjisinin, çörəyin və nəqliyyatın olmadığı dövrlərə qayıtmayacağıq (1990-cı illərin əvvəllərinə və birinci Qarabağ müharibəsinə istinad - red.). Biz dövlətimizin olmadığı dövrə qayıdacayıq. Mənim dövlət başçısı kimi bu məsələni mətbuat konfransı zamanı diqqət mərkəzində saxlamağa haqqım yoxdur" - o, deyib.

Paşinyan qeyd edib ki, Ermənistan bütün mövcudluğu boyu qarşıdurma məntiqi ilə çıxış edib və bu məntiqlə hərəkət edib. Onun fikrincə, bu, hər mənada ən böyük problem olub: təhlükəsizlik, inkişaf və beynəlxalq təsir.

Ermənistanın baş naziri hesab edir ki, qarşıdurma məntiqində ölkə uzunmüddətli inkişafı və təhlükəsizliyi təmin edə bilməyib və edə bilməyəcək.

Turan İSMAYIL