İrəvan Bakı ilə danışıqlar aparmağa meyillidir - Mirzoyan
Bəzi məsələlərdə konkret nəticələr, bəzilərində razılıq əldə etmək perspektivləri var.
Redaktor.az xəbər verir ki, bunu Moskvada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
O qeyd edib ki, İrəvan Bakı ilə danışıqlar aparmağa meyillidir. "Lakin tərəflərin mövqelərinin hələ də uzaq olduğu problemlər var”, - Mirzoyan bildirib.
Qeyd edək ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilir.