Bu il Azərbaycan, Rusiya və Ermənistan liderləri görüşəcək
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, görüş bu il keçiriləcək.
“Ümid edirik ki, danışıqlar prosesi davam edəcək. Biz həm Azərbaycan, həm də Ermənistan tərəfinin vasitəçi kimi təkcə Rusiyanın deyil, digərlərinin də istifadə etməkdə maraqlı olduğunu başa düşürük", - Lavrov bildirib.