"Aİ missiyası Ermənistan-Azərbaycan sərhədindəki toqquşma üçün heç bir dərmana çevrilmədi"

 13:34 26.07.2023     210

Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının fəaliyyəti Rusiya ilə geosiyasi qarşıdurma vəzifəsinə tabedir.

Redaktor.az "Sputnik"ə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər hansı töhfədən söhbət getmir. İkitərəfli münasibətlərdə Aİ missiyası ancaq parladı, missiya Ermənistan-Azərbaycan sərhədindəki toqquşma üçün heç bir dərmana çevrilmədi. Bu, bir daha təsdiq edir ki, gərginliyin azaldılmasının əsas mexanizmlərindən biri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi olmalıdır, - Zaxarova əlavə edib.

Rusiya XİN sözçüsü bildirib ki, Moskva uzun fasilədən sonra iyulun 12-də baş tutan növbəti dördüncü görüşü alqışlayır və tərəflərə məsləhətçi yardım göstərməyə hazır olduğunu təsdiqləyir.

Turan İSMAYIL