Deputatdan Xankəndidə aksiya keçirən separatçılara: "Gedin öz ölkənizdə yaşayın"

 14:52 26.07.2023     474

Ötən gün Xankənində yaşayan ermənilər növbəti dəfə mitinq keçirib. Separatçılar Azərbaycanın tərkibində yaşmaq istəmədiklərini bildiriblər.

Erməni əhalisinin bu mitinqi ilə bağlı Milli Məclisin 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov Redaktor.az-a danışdı.

Deputat söylədi ki, onlar vətənsiz bir toplumdur, məxluqatdır.

“Cəhənnəmə istəsinlər, gora da dallarınca getsinlər. Prezidentimiz dediyi kimi yol açıqdı, hara istəyirlər gedə bilərlər. Azərbaycan ərazisində yaşayan milliyyətindən asılı olmayaraq kimsə, Azərbaycan qanunlarına tabe deyilsə, vətəndaşlığımızı qəbul etmirsə, Azərbaycan ərazisini tərk etməlidir. Ya öz xoşuna tərk etməlidir, ya da biz onu ərazimizdən kənarlaşdırmalıyıq. Artıq vaxtı çatıbdır, Azərbaycan konkret vaxt qoymalıdır ki, mənim qanunlarımla yaşayıb, mənim vətəndaşımlığımı qəbul etmirsənsə, yol açıqdı. Fransaya, Amerikaya, Rusiyaya və ya Ermənistana hara istəyirlərsə getsinlər. Sizin Ermənistan adlı bir dövlətiniz var, siz də ermənisiz, gedin dövlətinizdə yaşayın. Bugünkü Ermənistan deyilən dövlətdə azərbaycanlı yaşayır? Yaşamır. Sən niyə mənim ölkəmdə yaşamalısan, get öz ölkəndə yaşa”, - deyə Elman Məmmədov bildirdi.

Humay İSGƏNDƏRLİ