Azərbaycan XİN Pakistandakı terror aktını PİSLƏDİ
"Biz Bajaurda siyasi konqresdə törədilən terror aktını şiddətlə qınayırıq".
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.
“Biz 40 nəfərin ölümü, yüzdən çox insanın yaralanması ilə nəticələnən bu terror aktına qarşı qardaş Pakistanın yanındayıq.
Hökumətə, həlak olanlara və onların ailələrinə başsağlığı veririk” – bəyanatda deyilir.