Azərbaycan və Türkiyə XİN rəhbərlərinin geniştərkibli görüşü başladı - YENİLƏNİB

 13:56 31.07.2023     343

Xarici işlər naziri Ceyhun Bayramov və Hakan Fidan arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü başlayıb.

Redaktor.az xəbər verir ki, görüş çərçivəsində Azərbaycanla Türkiyə arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi nəzərdə tutulur.

***

Ankarada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla görüşü başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Hakan Fidan Ceyhun Bayramovu səmimiyyətlə salamlayıb.

Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü başlayıb