"Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik”

 14:15 31.07.2023     396

“Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərin normallaşması istiqamətindəki səyləri göz qabağındadır”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, uzun illər İrəvanın işğalçılıq siyasəti buna mane olub: “2021-ci ilin yanvar ayında Azərbaycan Prezidenti bildirdi ki, biz düşmənçilik səhifəsini çevirməyə hazırıq. Bu, qalib dövlətin və qalib liderin atdığı addım idi. Azərbaycan, həmçinin Türkiyə ilə Ermənistan arasında da münasibətlərin normallaşmasını dəstəkləyir".