“Tez-tez qeyri-müəyyən mövqedən çıxış edir” - Rusiya XİN-dən Paşinyana CAVAB
“Ermənistan rəhbərliyi bəzi məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir”.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb: “İndi Ermənistanın Rusiyanın səylərini görməzdən gəlməsi yersizdir”.