"Rusiya sülhməramlı qüvvələrinin izahatını dinləmək lazımdır" - Paşinyan

 12:08 03.08.2023     536

"Bütün çətinliklərə baxmayaraq, regionda uzunmüddətli, sabit və davamlı sülhün bərqərar olması üçün real imkan var”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin "Euronews" telekanalına müsahibəsinə də münasibət bildirib. “Azərbaycan Prezidentinin “Euronews” telekanalına müsahibəsində Laçın dəhlizinin bağlanmaması ilə bağlı bəyanatından sonra Rusiya sülhməramlı qüvvələrinin izahatını dinləmək lazımdır" - Paşinyan deyib.

T.İSMAYIL