"Azərbaycan artıq o dövlət deyil ki, kiminsə qışqırtısına əhəmiyyət versin" - Hafiz Hacıyev

 15:41 03.08.2023     791

Bildiyimiz kimi, ötən həftə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə 1991-ci ildə Xocalının Meşəli kəndində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımda iştirak etmiş ermənilərdən biri - Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıb.

Ermənistanda isə Xaçaturyanın saxlanılması ilə bağlı olaraq bütün qurumlar etiraz edir, Azərbaycanın onu “oğurladığını” iddia edirlər.

İnsanlıq əleyhinə cinayət törətdiyinə görə beynəlxalq axtarışda olan birinin bu cür müdafiə olunması isə başadüşülən deyil. Görünür Vaqif Xaçaturyanın qızı Veranın "atam erməni xalqının simasıdır" sözləri bütün erməni xalqının atası kimi cani olması anlamına gəlir. Yoxsa bir cani bu qədər niyə müdafiə olunsun ki?!

Mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Redaktor.az-a danışdı.

O, söylədi ki, Xaçaturyan çoxdan tutulmalı idi.

“Bunları bu günə qədər xilas edən bu Qarabağda olan separatçı rejimdir. Bizim çörəyimizi yeyə-yeyə, suyumuzu içə-içə seperatçı rejimin tabeçiliyində işləyiblər. Xocalı hadisəsində, Qarabağda olan qətliamların hamısında bunların əli var. Artıq Laçında sərhəd-keçid məntəqəsi yaranıb, bir-bir yoxlanılma həyata keçirilir. Bu keçid məntəqəsi sayəsində hamısı ələ keçiriləcək. Baxın, keçmiş prezident olan Köçəryanın özü dedi ki, "Xocalı hadisəsində mənim xidmətim olub". Dünya çox ikiüzlüdür. Ermənilərə bir şey olan kimi qalxırlar, hay-küy salırlar. Elə bil ki, ermənilər birinci sortdu, biz ikinci. Hay-küyləri çox yersiz və mənasızdır. Bu günə kimi onlara çox humanist bir mövqe sərgiləmişik. Qarabağın ərazisində olan nə qədər erməni separatçılar var, hamısı həbs edilməlidir, əksəriyyətini güllələmək lazımdır. Atdığımız addımlar düzgün addımdır, heç bir beynəlxalq təzyiqdən, beynəlxalq qınaqdan çəkinmək lazım deyil. Dünya hələlik ikili münasibət göstərir. Nətər olur ki, bizimkiləri aparıb başını kəsəndə dünyada heç bir səs-soraq çıxmır, amma yüzlərlə azərbaycanlının başını kəsən bir dənə dığaya qarşı cinayət hadisəsini açanda başlayırlar hay-küy salmağa? Hay-küylərinə baxmaq lazım deyil, biz irəliləməliyik. Bütün seperatçılar məhkəmə qarşısında cavab verməlidir. Azərbaycan dövləti artıq o dövlət deyil ki, kiminsə qışqırtısına, hansısa bir xarici qəzetlərdə məqalə yazılmasına əhəmiyyət versin", - deyə H.Hacıyev vurğulayıb.

Humay İSGƏNDƏRLİ