Rəsmi Bakı Gürcüstana başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
Bu barədə Redaktor.az-a XİN-dən bildirilib.
“Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, - başsağlığında deyilir.