"Ermənilər bu fürsəti qaçırmamalıdır" - Fazil Mustafa

 18:16 07.08.2023     682

Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması qarşıda duran əsas məsələlərdən biridir. İndi hər kəs üçün maraqlıdır ki, inteqrasiya prosesi necə həyata keçiriləcək? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputat Fazil Mustafa bildirdi ki, inteqrasiya ilə bağlı məsələlər müxtəlif variantlardan keçir.

Onun sözlərinə görə, bunun üçün geniş müzakirələrə ehtiyac var.

"Burada bizim nə təklif edəcəyimiz, onların hansı təkliflə çıxış edəcəyi və burada hansı yolun doğru seçiləcəyi maraqlıdır. Yəni biz heç bir halda üçüncü dövlətin bu prosesə qarışmasına imkan verməyəcəyik. Eyni zamanda, Azərbaycan məkanından kənarda bunun keçirilməsinə yol verməyəcəyik. Digər məsələlərdə isə hansı addımların atılması danışıqlardan asılıdır. Bizim üçün əsas şərt, əsas tələb Azərbaycanın suverenliyinin tanınması, Azərbaycan qanunlarına ermənilərin tabe olmasıdır. Ondan sonrakı digər detalları müzakirə etmək olar. Hesab edirəm ki, inteqrasiya üçün kifayət qədər imkanlar var. Ermənilər bu fürsəti qaçırmamalıdır. Çünki sonra daha ağır şərtlərlə üzləşəcəklər"", - deyə Fazil Mustafa vurğuladı.

Humay İSGƏNDƏRLİ