Sülh razılaşması əldə edilə bilər - ABŞ-dan önəmli mesaj

 23:28 07.08.2023     327

ABŞ Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə etmək üçün işləri davam etdirəcək.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

"Hər iki ölkə ilə birbaşa əlaqə saxlamışıq. Xüsusi nümayəndə Lui Bono keçən həftə bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə yaradıb. Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh razılaşması əldə edilə bilər və buna nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik", - deyə o qeyd edib.