Qriqoryan İran səfiri ilə Laçın yolunu müzakirə etdi

 14:04 08.08.2023     719

Avqustun 8-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini qəbul edib.

Redaktor.az xəbər verir ki, Təhlükəsizlik Şurasının ofisindən Armenpress-ə verilən məlumata görə, Armen Qriqoryan səfiri məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib və səfirin fəaliyyəti dövründə iki dost ölkə arasında əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Tərəflər Ermənistan-İran ikitərəfli münasibətlərinin gündəliyində olan regionda təhlükəsizlik vəziyyəti ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Bildirilib ki, Qriqoryan səfirə Azərbaycanın Laçın yolunun 7 aydan artıq "blokadada" olması nəticəsində Qarabağda yaranmış "humanitar böhranı" və Ermənistan Respublikasının mövqeyini təqdim edib.

Turan İSMAYIL