Ermənipərəst senatorun adamları Zəngəzurdan Laçına belə boylandılar

 15:32 08.08.2023     707

Komitə aparatının nümayəndələri Sara Arkin və Demian Mörfinin başçılıq etdiyi nümayəndə heyəti ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezin tapşırığı ilə Ermənistana gəlib.

Redaktor.az "aysor.am"a istinadla xəbər verir ki, onlar avqustun 7-də Sünik qubernatoru Robert Qukasyan və Qoris icmasının lideri Aruş Aruşanyan ilə görüş keçirib və onlara Sünik sərhədlərindəki vəziyyət barədə məlumat verilib.

Avqustun 7-də Sünik qubernatorunun müşayiəti ilə nümayəndə heyəti Teh icmasının Kornidzor kəndində olub, Robert Qukasyan onları Laçın yolunun "bağlı" olması ilə tanış edib.

"ABŞ Senatının nümayəndələri qeyd ediblər ki, Ermənistan hökuməti tərəfindən göndərilən humanitar yük daşıyan maşınlar bir neçə gündür ki, sərhədin bu tərəfində dayanır və onlara ehtiyacı olan Qarabağ sakinlərinə çata bilmir", - deyə sayt yazıb.

Xatırladaq ki, Robert Menendez ABŞ-da ermənipərəst senator kimi tanınır.

Turan İSMAYIL