İrəvanda aksiya keçirən məğlublar silahlanmağı tələb edir

 15:47 08.08.2023     504

Ermənistanın hökumət binası yaxınlığında aksiya keçirən Qarabağ müharibələrinin iştirakçıları İrəvanda Respublika meydanına gedən bütün yolları bağlamaq qərarına gəliblər.

Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, avqustun 8-i səhər saatlarından etibarən "Xaçakir" (səlibçilər) dəstəsinin üzvləri və onların tərəfdarları Ermənistan hökumətinin binası yaxınlığında dayanıblar. Onlar tələb edirlər ki, Laçın yolunun açılması və Qarabağda "humanitar fəlakət"in qarşısının alınması üçün addımlar atılsın və bu tapşırıq yerinə yetirilməyəcəyi təqdirdə Laçın yolunun blokunu güc yolu ilə açmaq üçün onları silahlandırsınlar.

"Biz özümüzü görməməzliyə vurmağa imkan verməyəcəyik. Onlar başa düşməlidirlər ki, biz ciddiyik", - "Xaçakir" dəstəsinin komandiri, ehtiyatda olan polkovnik Sarqis Poqosyan bildirib.

Sayt yazır ki, etirazçılar növbə ilə paytaxtın baş meydanına gedən yolları bağlayırlar.

Turan İSMAYIL