Can Azərbaycanla sərgilədiyimiz həmrəylik sayəsində Qarabağ azad edildi - Ərdoğan

 22:26 08.08.2023     293

"Can Azərbaycanla sərgilədiyimiz həmrəylik sayəsində 30 il işğal altında olan Qarabağ azad edildi".

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada "Səfirlərin 14-cü Konfransı"nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla da Cənubi Qafqazda davamlı sülh və sabitliyin əldə olunması üçün önəmli bir fürsət yaranıb.

"Suriyanın şimalında terrorçulara qarşı aparılan hərbi əməliyyatlar cənublu vətəndaşlarımızın təhlükəsizliyini təminat altına alıb, eyni zamanda, terror dövləti qurma həvəslərini də qursaqlarda buraxıb", - Türkiyə Prezidenti əlavə edib (report).